Şəkilləri və sənədləri cihazlar arasında paylaşmaq
OneDrive ilə siz şəkillərinizə, sənədlərinizə və cihazlarınızdan yüklədiyiniz digər məzmuna
asanlıqla daxil ola bilərsiniz.
Telefonunuzda, planşet və ya kompüterinizdə saxlanmış şəkillər, sənədlər və ya digər
məzmunu OneDrive-da yükləmək üçün Microsoft hesabınız ilə daxil olmalısınız. Başqa
cihazdan yüklənmiş məzmuna daxil olmaq üçün həmin məzmunu yüklədiyiniz zaman istifadə
etdiyiniz Microsoft hesabı ilə daxil olmalısınız.
Məzmunu yükləmək və ya endirmək üçün sizə İnternet bağlantısı lazımdır. Məlumat
ötürülməsi üzrə tarif planınız yoxdursa, məlumat ötürülməsi üzrə xərclər sürətlə arta bilər.
Mümkün məlumat qiymətləri ilə bağlı məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə
saxlayın.
OneDrive-da sənədlərinizi saxlamaq üçün bir neçə yer mövcuddur. Telefonunuzda şəkil və
videolarınıza Şəkillər mərkəzində baxa və ya Office mərkəzində Office sənədlərini aça bilərsiniz.
Siz həmçinin OneDrive proqramını Mağaza-dan yükləyərək telefonunuzda bütün fayl
növlərinə baxa və onları idarə edə bilərsiniz.
Planşet və ya kompüterinizdə onedrive.com ünvanında onlayn məzmununuzu idarə edə və
ya OneDrive proqramından istifadə edərək OneDrive onlara birbaşa iş masanızdan daxil ola
bilərsiniz. Əgər sizdə OneDrive proqramı quraşdırılmayıbsa, onu onedrive.com-dan yükləyə
və quraşdıra bilərsiniz.
İşarə:Kompüterinizdə olan OneDrive proqramı ilə siz yükləmək istədiyiniz faylları,
məsələn, Windows Explorer və ya Finder-də fayl menecerində asanlıqla OneDrive
qovluğuna çəkərək gətirə bilərsiniz və fayllar avtomatik olaraq OneDrive-a yüklənir.