Məzmunu yeni Lumia telefonuna ötürmək
Şəkillərinizi, videolarınızı və başqa materialları köhnə telefonunuzdan yeni telefona ötürməyin
gözəl üsulları vardır.
Bu təlimatlar bütün telefon modellərinə və istehsalçılarına tətbiq edilməyə bilər.
Ötürmək üçün siz bəzi proqramları telefon və ya kompüterinizdə quraşdırmalısınız. Nə
quraşdırmaq istədiyinizdən və nə qədər məzmun köçürdüyünüzdən asılı olaraq köçürmə bir
qədər çəkə bilər.
Bəzi fayl formatları köçürülməyə bilər. Faylları köçürülə bilən formata çevirmək üçün bəzi
üçüncü tərəf çeviricilər mövcud ola bilər.
Əlavə məlumat üçün www.microsoft.com/mobile/switch-easy ünvanına daxil olun.