Nokia Lumia 530 - Telefonunuzu qurun

background image

Telefonunuzu qurun

Telefonunuzdan optimal șəkildə istifadə edin.

Siz telefonunuzu ilk dəfə yandırırsınızsa, telefonunuz sizə bir dəfəyə şəbəkə bağlantıları,

telefon parametrləri və Microsoft hesabını qurulması üzrə təlimat verir.
Telefonunuzun nüsxəsini çıxarmaq və bərpa etmək, proqramları almaq, quraşdırmaq və

yeniləmək və bu kimi daha çox Microsoft xidmətlərinə giriş əldə etmək üçün Microsoft

hesabınız olmalıdır:
• Xbox
• Xbox Music və Xbox Video
• OneDrive
• Hotmail
• Outlook
Eyni istifadəçi adı və parolundan kompyuterinizdə və telefonunuzda istifadə edə bilərsiniz.
1. Telefonunuzu işə salın və telefonunuzda göstərilən təlimatlara əməl edin.

2. Soruşularsa, Microsoft hesabı yaradın. Əgər artıq Xbox Live.com, Hotmail.com və ya

Outlook.com kimi Microsoft xidmətləri üçün hesabınız varsa, yaxud Surface planşeti və ya

Windows kompyuterində Microsoft hesabı yaratmısınızsa, həmin istifadəçi adı ilə daxil olun.
Telefonunuza əlavə etdiyiniz Microsoft hesabı üçün identifikasiya göstəricilərini xatırladığınıza

əmin olun.

© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

10

background image

İşarə:Siz həm də Microsoft hesabınızı daha sonra yarada bilərsiniz. Başlama ekranında

ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > E-poçt+Hesablar > Hesab

əlavə edin > Microsoft hesabı seçiminə toxunun.

Siz həm də www.live.com-da hesabınızı yarada və ya idarə edə bilərsiniz.
3. Hesab təfərrüatlarınızı doldurun.

4. Telefon nömrəsi və ya alternativ poçt ünvanını daxil edin. Onlardan birdəfəlik təsdiqləmə

kodunu göndərmək və verilənlərinizi qorumaq üçün istifadə olunur.

5. Birdəfəlik təsdiqləmə kodunu necə almaq istədiyinizi seçin.

6. Soruşularsa, telefon nömrəniz və ya poçt ünvanınızın son 4 rəqəmini daxil edin.

7. Kodu alandan sonra onu daxil edin və məlumatlarınızın ehtiyat nüsxəsini çıxarmağa və

telefonunuzdan istifadə etməyə hazır olacaqsınız.

İşarə:Əgər ekranınız sönərsə, işəsalma düyməsinə basın və kilid ekranını yuxarı

sürükləyin.