Proqramları yaddaş kartında saxla və ya apar
Telefonunuzun yaddaşını yaddaş kartı ilə genişləndirin və proqramlarınızı susmaya görə kartda
saxlayın.
Yaddaş kartınızın keyfiyyəti telefonunuzun məhsuldarlığına xeyli təsir göstərə bilər.
Telefonunuzdan daha çox faydalanmaq üçün tanınmış istehsalçının sürətli 4-128GB kartından
istifadə edin. Yaddaş kartları haqqında ətraflı məlumat üçün tez-tez verilən sualları yoxlayın.
Yaddaş kartı bütün telefonlar tərəfindən dəstəklənmir. Mümkünlük üçün
www.microsoft.com/mobile/support/wpfeatures ünvanına daxil olun.
Yaddaş kartı ayrıca satılır.
Vurun: Yaddaş Sensoru.
Telefonunuzun proqramlar və digər faylları saxladığı yeri dəyişdirmək üçün hər bir fayl növü
üçün Telefon və ya SD kart seçiminə toxunun.
Proqramları yaddaş kartına apar
Telefon > Proqramlar+Oyunlar > seçiminə toxunun, yeri dəyişdiriləcək proqramları seçin
və Apar seçiminə toxunun.
© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
131
Siz sonradan yaddaş kartından proqramları geri telefonunuza apara bilərsiniz.
Yaddaş kartının növü böyük faylların karta aparılması müddətinə təsir edir.